Avropa üçlüyü Rusiya ilə görüş istəyir

19.11.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Böyük Britaniya, Almaniya və Fransanın (Avropa üçlüyü) nümayəndələri Rusiya tərəfi ilə mümkün görüşün keçirilməsini müzakirə edirlər.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən yazıb.

Sözügedən ölkələrdən birinin milli təhlükəsizlik üzrə müşaviri bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla əlaqə saxlayaraq görüş barədə razılıq əldə etməyə çalışıb. Uşakov isə görüşün Moskvada keçirilməsini təklif edib.

Cümə axşamı Çinin Şençjen şəhərində Çin, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında çıxış edən Vladimir Putin də avropalılara analoji təklif ünvanlayıb. Rusiya lideri Avropanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mövqelərini təqdim etmək üçün onları Moskvaya səfərə dəvət edib.

Putinin sözlərinə görə, Moskva Avropanın bu danışıqlara nə gətirəcəyini anlamaq istəyir: "Moskvadakı görüşdən sonra Ukrayna ilə dialoqu hansı formatda davam etdirəcəyimizə qərar verəcəyik".

Qeyd edək ki, Rusiya uzun müddət Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakını rədd edib. Rəsmi Moskva hesab edir ki, bu danışıqlar Avropanın təhlükəsizlik arxitekturasının müzakirəsini də əhatə etməlidir.

Avropa ölkələrinin növbəti görüşdə danışıqlar formatına daxil edilməsi ideyası isə ABŞ-yə məxsusdur. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Əbu-Dabidə keçirilən son görüş kontekstində bu barədə dəfələrlə danışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью