Avropa Ukrayna ilə bağlı növbəti danışıqlarda iştirak EDƏCƏK

25.11.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Avropa İttifaqı Ukrayna münaqişəsinin həlli ilə bağlı keçiriləcək növbəti danışıqlara nümayəndə heyəti göndərəcək.

Redaktor.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, diplomatiyanın uğur qazanması üçün mümkün olan bütün imkanlardan istifadə edilməlidir.

“Güclü Avropa komandası danışıqların növbəti mərhələsində iştirak edəcək. Bu, vacibdir, çünki Ukraynanın təhlükəsizliyi birbaşa bizim təhlükəsizliyimizə təsir göstərir”, – deyə fon der Lyayen bildirib.

O, Avropanın bundan sonra da Ukraynanı öz maraqlarını qorumaq istiqamətində dəstəkləyəcəyini vurğulayıb. Avropa İttifaqının Rusiyanın mövqeyini yalnız bəyanatlarına deyil, atdığı addımlara əsasən qiymətləndirəcəyini qeyd edib.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью