Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, "The Wall Street Journal" bu barədə məlumat verib.
Nəşr qeyd edir ki, Avropa liderləri yaxın bir neçə gün ərzində layihələrini təqdim etməyə ümid edirlər.
Lakin qəzet vurğulayır ki, Kiyev hələlik bu planda iştirak etməyə razılıq verməyib. Planın təfərrüatları açıqlanmır.
Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolin Livitt ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun Vaşinqtonun təklif etdiyi münaqişənin həlli planı ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxladıqlarını bildirmişdi.
Qərb mediası qeyd edir ki, Amerika təklifləri Kiyevin ABŞ-dan təhlükəsizlik zəmanətləri müqabilində müəyyən ərazilərdən imtina etməsini nəzərdə tutur.
19 noyabrda Rusiya liderinin mətbuat katibi Dmitri Peskov ölkə mətbuatının sualına cavab olaraq bildirib ki, Rusiya dövət başçısı Vladimir Putin və ABŞ prezidenti Donald Tramp tərəfindən Alyaskada əldə edilən razılaşmalardan başqa Ukrayna nizamlanması ilə bağlı heç bir yenilik yoxdur.
Qadir, Bizimyol.info