Azpost saytına istinadən Icma.az xəbər verir.
Avropa ölkələri Ukrayna üçün ayrıca təhlükəsizlik zəmanətləri imzalaya bilərlər.
AzPost bildirir ki, bu barədə “Washington Post” qəzeti Amerika və Ukrayna rəsmilərinə istinadən məlumat verir.
Qeyd olunur ki, belə bir sxem münaqişnin həlli ilə bağlı planın bir hissəsi kimi müzakirə olunur. Vaşinqton və Brüsselin ayrı ayrı sənədlər imzalayacaqlar. Məlumata görə, ABŞ zəmanətləri NATO-nun (kollektiv müdafiə) 5-ci maddəsində göstərilən müddəalara bənzər olacaq.
“ABŞ Ukraynanı qorumaq üçün NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər şəkildə təsvir edilən təhlükəsizlik zəmanətləri verəcək. Ukrayna ABŞ-ın belə bir müqavilə imzalamasını və ABŞ Konqresinin onu təsdiqləməsini istəyir”, – deyə nəşr bildirib.
Jurnalistlər aydınlaşdırıblar ki, Amerika və Ukrayna danışıqlar qrupları hazırda müqavilənin müvafiq müddəalarının necə tətbiq olunacağı ilə bağlı detalları öyrənirlər.
Paylaş