Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ramil İbrahimov: “Müharibənin Almaniya iqtisadiyyatına vurduğu zərərə baxmayaraq, almanların 62% əhali savaşda Ukraynanı dəstəkləyir” Rusiya-Ukrayna müharibəsi tam şiddəti ilə davam edir.
ABŞ və bəzi Avropa ölkələrinin öz silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Kiyevə icazə verməsi və buna qarşılıq olaraq Moskvanın ortamənzilli ballistik raketlərlə Ukrayna ərazilərini vurması qarşıdurmanın miqyasını daha da genişləndirib.
Ukrayna ordusu artıq Rusiyanın bir sıra obyektlərinə uğurlu zərbələr endirib. Kremldən “müharibə qlobal fazaya keçdi” açıqlaması verilib.
Nüvə müharibəsi riski getdikcə daha inandırıcı təsir bağışlayır. Baş verənlər Avropada ciddi miqrant böhranı yaradıb.
Avropa ölkələri Kiyevə silah, texnika və maliyyə yardımı etməklə yanaşı, ukraynalı qaçqınlara sığınacaq da verirlər.
Ən çox qaçqın qəbul edən ölkənin Almaniya olduğu bildirilir.
Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov AYNA-ya açıqlamasında deyib ki, müharibə nəticəsində sığınacaq üçün təhlükəsiz ölkə olaraq Almaniyanı seçən ukraynalıların sayı, təxminən 1.2 milyon nəfərə çatıb: “2024-cü ildə açıqlanan rəqəmlərə görə, sığınacaq alan ukraynalılardan yalnız 20%-i işləyir.