Avropa Ukraynanın NATO ya üzv olmasını istisna etmir

17.02.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Avropa Ukraynanın NATO-ya üzv olmasını istisna etmir

Münaqişə həll edildikdən sonra Rusiya atəşkəs rejimini pozarsa, Ukrayna avtomatik olaraq NATO-ya üzv ola bilər. Bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bir neçə amerikalı senator Ukraynanın NATO-ya üzvlüyü məsələsini Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə əlaqələndirəcək plan hazırlayıb. Qeyd olunur ki, Rusiyanın atəşkəs rejimini pozması halında Kiyevin avtomatik olaraq alyansa daxil olması ideyasını bəzi Avropa liderləri, o cümlədən Finlandiya prezidenti Aleksandr Stubb dəstəkləyib. Nəşrin məlumatına görə, bu təklif Avropanın ən böyük dövlətlərinin liderlərinin fevralın 17-də Parisdə keçiriləcək görüşündə müzakirə olunacaq.

Fevralın 12-də ABŞ-ın müdafiə naziri Pit Heqset Qərb təmas qrupunun Brüsseldə keçirilən son iclasında Ukraynanın 2014-cü il sərhədlərinə qaytarılmasının qeyri-real məqsəd olduğunu vurğuladı və faktiki olaraq ölkənin NATO-ya qəbulu imkanlarını istisna etdi. Daha sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, Heqsetin açıqlamaları Vaşinqtonun mövqeyini dəqiq əks etdirir.

Əziz Mustafa, Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью