Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər Reuters | Icma.az
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Ukraynaya sülhməramlı kimi göndəriləcək 100 minə yaxın hərbçidən istifadə edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə anonimlik şərti ilə bir ukraynalı məmur "Reuters" agentliyinə bildirib.
Mənbə deyib ki, beş-səkkiz ölkədən ibarət koalisiya tərəfindən yaradıla bilər.
Xəbər verildiyi kimi, analitiklər və rəsmilər bu cür qüvvələrin sayı ilə bağlı müxtəlif təxminlər verir və çox şeyin onların konkret missiyasından asılı olacağını vurğulayırlar.
Təxminən 40 min avropalı hərbçinin göndərilməsinin məqsədəuyğun olacağı güman edilir.
Hazırda Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda işləyən Avstriyalı hərbi ekspert Frans-Stefan Qadinin sözlərinə görə, bölmələrin yerləşdirilməyə hazırlaşdığı və yerləşdirildikdən sonra bərpa olunduğu rotasiya sxemləri üzrə missiyaya təxminən 100.000 hərbçi cəlb oluna bilər: "Bu, şübhəsiz ki, Avropanın quru qüvvələrini xeyli genişləndirəcək".
Bundan əlavə, o vurğulayıb ki, bu halda Avropa ölkələri digər missiyalarını azaltmalı olacaqlar.
Tam oxu
Xəbəri oxu