Avropa Ukraynaya göndərmək üçün ABŞ dan silah almaq istəyir

24.05.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın administrasiyası bundan birbaşa imtina edərsə, Ukraynaya hərbi yardımı davam etdirmək üçün külli miqdarda Amerika silahı almaqda maraqlıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Avropanın lazımi arsenalları və ya kifayət qədər silah istehsal etmək gücü yoxdur ki, ABŞ-ın iştirakı olmadan Kiyevi təkbaşına təchiz etməyə davam etsin. Avropa ölkələri mümkün həll yolunu daha çox Amerika silah sistemləri almaqda və sonra onları Ukraynaya göndərməkdə görür.

Mütəxəssislər hesab edirlər ki, ABŞ-ın əvvəlki prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş hərbi yardım bu ilin yayında tükənə bilər. Nəşr qeyd edir ki, Qərb üçün bunun nəticəsində yaranacaq boşluğu doldurmaq çətin olacaq.

Bundan əvvəl Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixailo Podolyak Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib ki, Kiyev ABŞ-dan hərbi yardımın dayandırılmasından ehtiyat edir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью