Avropa və ABŞ üz üzə gəlir: “Onlar bizi aldadırlar” | Icma.az
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Prezident Donald Tramp hesab edir ki, polad və alüminiumun idxalına 25%-lik rüsum Amerikanın polad və alüminium sənayesini canlandırmaq üçün kifayət edəcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə ABŞ liderinin ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro açıqlama verib.
“Böhran dövründə biz polad və alüminiumdan asılıyıq, çünki onlar bizim müdafiə ehtiyaclarımız üçün istifadə olunur.
Prezident Tramp çox əmindir ki, 25%-lik tariflər həm yerli, həm də xarici sərmayələri bu sahəyə geri qaytarmaq üçün kifayət edəcək”, - deyə o, “Fox News”-a bildirib.
Baş müşavir əlavə edib ki, əvvəlki prezident Co Baydenin hərəkətləri bu sahədə istehsalda ciddi azalmaya səbəb olub.
Navarro Aİ-nin hər il "yüz milyardlarla dollarlıq ticarət profisiti" ilə işlədiyini söyləyib: “Onlar bizi aldadırlar, Donald Tramp milli və iqtisadi təhlükəsizlik səbəbi ilə ədaləti bərpa etməkdə qərarlıdır.
Bu həftə elan etdiyimiz polad və alüminium tarifləri əla başlanğıc idi.
Tam oxu
Xəbəri oxu