Avropa və rusiyalı keçmiş rəsmilər Vyanada gizli görüşdülər

05.08.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Britaniya, Fransa, Almaniya və Rusiyanın keçmiş rəsmiləri iyul ayında Avstriyanın Vyana şəhərində Ukrayna münaqişəsinin həlli üçün danışıqların şərtlərini müzakirə etmək məqsədilə gizli şəkildə görüş keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, görüşdə Böyük Britaniyanın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Tim Barrou, Almaniya XİN-in keçmiş dövlət katibi və AB-nin Rusiyadakı sabiq səfiri Markus Ederer, həmçinin AB və Fransanın keçmiş yüksək vəzifəli diplomatı Pyer Vimon iştirak edib:

“Danışıqlarda iştirak edən rusiyalı keçmiş rəsmilərin adları açıqlanmayıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью