Avropa viza rejiminin ləğv olunması xəbərdarlığı ilə Gürcüstandakı siyasi hakimiyyətə təzy…
Icma.az, Bizimyol saytına istinadən bildirir. “Bir neçə gündür ki, Gürcüstanda, Tiflisdə iğtişaşlar baş verir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze noyabrın 27-də Gürcüstanın 2028-ci ilə qədər Avropaya inteqrasiyasını dayandırdığını bildirdi.
Bundan sonra da müxalifət, xalq və Gürcüstan prezidenti Salome Zurabişvili küçələrə çıxdı və bunun konstitusiyaya zidd olduğunu bildirdilər.
Əslində bu, doğru siyasət deyildi”. Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb.
Politoloq qeyd edib ki, Gürcüstan Konstitutsiyasının 78-ci maddəsində açıq-aydın görünür ki, Gürcüstan hakimiyyəti Avropaya inteqrasiya edəcək və NATO-ya üzv olacaq, bu yolda öz siyasətini qurmalıdır.
Elşad Həsənov “Konstitutsiyadan bu maddələr çıxarılmadan bu qərarı elan etmək, Gürcüstan cəmiyyəti tərəfindən narazılıqla qarşılandı.
Bu səbəbdən də, yenidən iğtişaşlar baş verir və mitinqlər, etiraz aksiyaları keçirilir. Artıq təkcə Tiflislə məhdudlaşmır.
Rustavidə, Qoridə, Batumidə, Kutaisidə, yəni ölkədəki böyük şəhərlərin əksəriyyətində etiraz mitinqlər keçirilir.
Tam oxu
Xəbəri oxu