Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya səfər edəcək

23.04.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 aprel, AZƏRTAC

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç aprelin 24-də Bakıya səfər edəcək.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildirilib ki, CEV prezidenti aprelin 24-25-də Milli Gimnastika Arenasında təşkil olunacaq qadın və kişi voleybolçuların Yüksək Liqasında final oyunlarını izləyəcək, həmçinin qaliblərin mükafatlandırma mərasimində iştirak edəcək.

Səfər çərçivəsində CEV rəhbəri ilə bir neçə mühüm görüşün keçirilməsi də nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью