Avropa voleybolu prezidenti Bakıya gələcək

19.08.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriçin Bakıya səfər edəcəyi gözlənilir. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, CEV rəhbəri Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar paytaxta gələcək.

Roko Sikiriç turnirin digər ev sahibi ölkələrinə də səfər etmək niyyətindədir.

Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью