Icma.az, Azertag portalına istinadən məlumat verir.
Moskva, 13 noyabr, AZƏRTAC
Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası gizli səsvermənin nəticələrinə əsasən Rusiyanın TASS informasiya agentliyini təşkilatın üzvlüyündən çıxarıb.
AZƏRTAC xəbər verir ki, alyans TASS-ın üzvlükdən çıxarılmasının səbəbləri barədə açıqlama verməyib.
Səsvermə noyabrın 13-də Kiprin Larnaka şəhərində keçirilən Baş Assambleyanın iclasında baş tutub. Qeyd edək ki, alyansın rəhbər orqanı olan EANA Şurası 2022-ci il fevralın 27-də TASS-ın təşkilatda üzvlüyünün dayandırıldığını açıqlamışdı.
Xatırladaq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 2008-ci ildən EANA-ya üzvüdür.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva