Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. İllər öncə bizim əsas məlumat mənbəyimiz yalnız ənənəvi media idi.
Bu gün isə informasiya sahəsi daha geniş, çoxşaxəli və mürəkkəb bir sistemə çevrilib.
Artıq xəbərlər təkcə media orqanlarında deyil, sosial mediada da yaranır, yayılır və formalaşır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzulu paneldə deyib.
O qeyd edib ki, mürəkkəb informasiya axını içində insanın rolu daha da böyüyüb.
İnsan artıq sadəcə informasiya istehlakçısı deyil, o, məlumatı qavrayıb dəyərləndirən, təhlil edən və nəticə çıxaran subyektdir.
Hər bir fərd doğru ilə yalanı ayırd etməyi bacarmalıdır. “Bəzi xəbərlər neytral olur, bəziləri isə birbaşa bizim şəxsi həyatımıza, qərarları
İnformasiyanın forması və tonu insanı müəyyən bir qərar verməyə yönləndirə bilir.