Avropa Yay Gənclər Olimpiya Festivalının açılış mərasimi keçirilib FOTO

21.07.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Yay Gənclər Olimpiya Festivalının açılış mərasimi baş tutub.

İdman.biz xəbər verir ki, açılış mərasimində Azərbaycan idmançıları paraddan 4-cü keçib.

Ölkəmizin üçrəngli bayrağını cüdo üzrə yeniyetmələr arasında Avropa çempionu Zeyd Ələsgərov və taekvondo üzrə ikiqat Türkiyə açıq birinciliyinin qalibi Humay Dadaşova daşıyıblar.

Festival iyulun 20-26-da Şimali Makedoniyanın Skopye və Kumanovo, eləcə də Xorvatiyanın Osiyek şəhərində keçiriləcək. Yarışlarda Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı 15 idman növü üzrə mübarizə aparacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью