Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Avropa Rusiya və ya ABŞ istədiyi üçün yeni təhlükəsizlik sistemi yaratmayacaq.
Bakıvaxtı.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
O, bildirib ki, Rusiya Prezidenti və ya ABŞ-nin istəyinə uyğun yeni sistemin qurulması mümkün deyil:
"Sevindirici haldır ki, Avropada bu məsələdə vahid və güclü mövqe var".
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Avropada təhlükəsizliklə bağlı razılaşma təklif etdiyini, lakin Avropanın bundan imtina etdiyini açıqlamışdı.
Gülşən Şərif