Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29da iştirak edəcək

11.11.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin İdarə rəisi Elçin Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью