Icma.az, Konkret.az saytına istinadən bildirir.
Avropa İttifaqının liderləri Brüsseldə keçirilən sammitdə 2028-2034-cü illər üçün yeni yeddi illik büdcə barədə razılığa gələ bilməyiblər.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Almaniya kansleri Fridrix Merts danışıqların dekabr ayında davam edəcəyini açıqlayıb.
Mertsin sözlərinə görə, 26 noyabrda keçirilən danışıqlar zamanı tərəflər təklif olunan büdcənin azaldılması ilə bağlı müəyyən irəliləyiş əldə ediblər.
Lakin Avropa liderləri bu məsələyə 27 noyabrda qayıtmayacaqlar. Ölkələr 17-18 dekabr tarixlərində keçirilməsi planlaşdırılan növbəti Aİ sammitinə qədər ikitərəfli məsləhətləşmələr aparacaqlar.
“Röyters”in məlumatına görə, Almaniya və Aİ büdcəsinə aldıqlarından daha çox töhfə verən digər ölkələr xərclərin azaldılmasını tələb edirlər.
Lakin Macarıstanın baş naziri Peter Macar və İtaliyanın baş naziri Corciya Meloni hesab edirlər ki, iki tərəf hələ də kompromis əldə etməkdən uzaqdırlar.
Xatırladaq ki, təklif olunan yeddi illik Aİ büdcəsi təxminən 1,6 trilyon avrodur. Onun təsdiqlənməsi üçün bütün 27 Aİ üzv dövlətinin razılığı tələb olunur.
Mübahisəli məsələlərdən biri Ukraynanın maliyyələşdirilməsinin davam etdirilməsidir. Merts bütün Aİ ölkələrinin Kiyevə maliyyə yardımı göstərməkdə iştirak etməsində israr edir.