Avropada 5 ci het trik

18.07.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Azərbaycanı Avropa Liqasında təmsil edən “Sabah”ın I təsnifat mərhələsində “Selye” ilə Sloveniyadakı cavab görüşü het-triklə əlamətdar olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubunun futbolçusu Coy Lens Mikels meydan sahiblərinin qapısına 3 qol vurub.

31 yaşlı almaniyalı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçu olub. Mikelsə qədər buna 4 futbolçu nail olub. Badri Kvaratsxeliya və Olavio Juninyo Çempionlar Liqasında, Ernest Nforla Teo Uiks Avropa Liqasında fərqləniblər. Mikels bu turnirdə 3-cü het-trikin müəllifi olub. O, buna səfərdə nail olan ikinci oyunçudur.

2000/01 mövsümü, Çempionlar Liqası

Badri Kvaratsxeliya – 19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) – 4:1 (əlavə vaxtda)

2014/15 mövsümü, Avropa Liqası

Ernest Nfor – 07.08.2014. “Çixura” (Gürcüstan) – “Neftçi” – 2:3

2015/16 mövsümü, Avropa  Liqası

Teo Uiks – 30.06.2015. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1

2024/25 mövsümü, Çempionlar Liqası

Olavio Juninyo – 30.07.2024. “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) – 5:0

2025/26 mövsümü, Avropa Liqası

Coy Lens Mikels – 17.07.2025. “Selye” (Sloveniya) – “Sabah” – 3:3 (əlavə vaxtda)

Qeyd edək ki, evdə 2:3 hesabı ilə məğlub olan “Sabah” səfərdəki görüşün 90 dəqiqəsində eyni nəticə ilə qalib gəlsə də, əlavə vaxtda buraxdığı topla Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasında mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью