Avropada 500 cü qol | Icma.az
Icma.az bildirir, Apasport saytına əsaslanaraq. Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub.
Apasport.az xəbər verir ki, yubiley qolu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Selye” matçına təsadüf edib.
Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu.
Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifi olub. Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib.
Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA kuboku) 294, Konfrans Liqasında 64, İntertoto kubokunda 19, Kuboklar kubokunda 1 qol vurub.
Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb. Qeyd edək ki, təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi Yadigar Süleymanov olub.
“Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.
"Sumqayıt"ın yeni baş məşqçisinin köməkçiləri müəyyənləşib "Qarabağ"dan Əlcəzair klubuna "Şamaxı" braziliyalı müdafiəçi transfer edib "Turan"da yeni transfer “Sumqayıt”dan mövsümdə ilk transfer - RƏSMİ Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu