Avropada ABŞ Aİ ticarət sazişindən narazılıq artır | Icma.az
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ və Avropa İttifaqı arasında imzalanmış ticarət sazişi ilə bağlı narazılıq Avropanın siyasi və işgüzar dairələrində getdikcə artır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
İyul ayında prezident Donald Tramp sazişi təqdim edərkən Avropa biznes dairələrinin nümayəndələri bunun aylarla davam edən qeyri-müəyyənliyə son qoyacağını düşünürdülər.
Lakin indi şirkətlər ABŞ-a ixracı dayandırır və yeni bürokratik maneələrdən şikayətlənirlər.
Sənaye avadanlıqları istehsalçıları isə əlavə rüsumlarla işləməyə məcbur qalır.
ABŞ administrasiyası tərkibində polad və alüminium olan bir sıra məhsullara, o cümlədən mühərriklərə, nasoslara və tikinti avadanlıqlarına 50 faizlik gömrük rüsumu tətbiq edib.
Almaniyanın maşınqayırma sənayesi assosiasiyasının (VDMA) prezidenti Bertram Kavlat Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə ünvanladığı məktubda vəziyyəti sektor üçün "mövcudluq böhranı" adlandırıb.
Tam oxu
Xəbəri oxu