Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Avropada enerji xərclərinin artması və təbii qazdan asılılığın azaldılması məqsədi evlərin qızdırılmasında alternativ sistemlərə marağı artırıb.
"Cebheinfo.az" xəbər verir ki, Avropa İstilik Nasosları Assosiasiyasının (EHPA) məlumatına görə, 2025-ci ilin ilk yarısında Avropada 1 milyon 48 min ədəd məişət tipli istilik nasosu (Məişət tipli istilik nasosu ətraf mühitdən (hava, torpaq və ya su) aşağı dərəcəli istiliyi toplayıb elektrik enerjisi vasitəsilə evlərin isidilməsi, soyudulması və isti su ilə təmin edilməsi üçün istifadə olunan yüksək səmərəli ilim və isitmə sistemidir) satılıb. 2026-cı ilin eyni dövründə isə bu göstərici 1 milyon 163 minə yüksəlib.
Araşdırma Almaniya, Fransa, İtaliya, Niderland, Danimarka, Belçika, Avstriya, İsveçrə, Finlandiya, Norveç, Portuqaliya və İsveçi əhatə edir. Satışların artmasına enerji qiymətlərindəki dəyişikliklər, xüsusilə təbii qazın bahalaşması və enerji təchizatı ilə bağlı qeyri-müəyyənliklər təsir göstərib.
Bu amillər istehlakçıların alternativ istilik sistemlərinə marağını artırıb.
EHPA-nın baş direktoru Pol Kenni Avropanın təbii qazdan asılılığını azaltmağa çalışdığını bildirib. O, qazdan asılılığı “etibarsız təchizatçılardan qaynaqlanan zəhərli və baha başa gələn asılılıq” kimi xarakterizə edib. İstilik nasosları elektrik enerjisi vasitəsilə xarici havadan, torpaqdan və ya sudan əldə etdikləri istiliyi evlərə ötürür.
Ənənəvi elektrik qızdırıcılarından fərqli olaraq, bu sistemlər istiliyi birbaşa yaratmır, mövcud istiliyi bir mühitdən digərinə daşıyır. Bu xüsusiyyət sayəsində uyğun şəraitdə sərf olunan elektrik enerjisindən bir neçə dəfə çox istilik əldə etmək mümkündür.
Bəzi istilik nasosları həm evlərin qızdırılması, həm də yay aylarında soyudulması üçün istifadə olunur. Bununla belə, sistemin səmərəliliyi havanın temperaturundan, binanın istilik izolyasiyasından və quraşdırılmış istilik sistemindən asılıdır.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin