Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 21 aprel, AZƏRTAC Avropada yeraltı anbarlara gündəlik qaz vurulması ötən ilin avqustund
Buna baxmayaraq, apreldə ehtiyatların ümumi səviyyəsi bir il əvvəlki göstəricidən 41 faiz aşağıdır.
AZƏRTAC xəbər verir ki, “Gas Infrastructure Europe” Assosiasiyasının məlumatına görə, aprelin 19-da anbarlardan qaz çıxarılması 13 milyon kubmetr, qaz vurulması isə 321 milyon kubmetr təşkil edib.
Həmçinin aprel ayı ərzində Avropanın maye qaz idxalı rekord sürətlə davam edib.
Ötən isitmə mövsümündə yüksək istehlak templəri səbəbindən Avropanın yeraltı anbarlarında cəmi 36,71 faiz qaz qalıb.
2024-cü ildə bu göstərici 62,1 faiz təşkil edirdi. Avropa İttifaqının tələbinə əsasən, üzv ölkələr noyabrın 1-dək anbarlarını minimum 90 fai
Avropa İttifaqının elektrik enerjisi istehsalında külək generasiyasının payı martda 17 faiz, apreldə isə ortalama 16 faiz olub.
Ötən istilik mövsümündə Avropa demək olar ki, 63 milyard kubmetr maye qaz idxal edib.