Avropada avro/dollar təşvişi

28.01.2026

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avronun dollar qarşısında 2021-ci ildən bəri ən yüksək səviyyə olan 1,20 dollar həddini aşması Avropa Mərkəzi Bankının (ECB) dəhlizlərində əks-səda doğurmağa başlayıb.

Banco.az xəbər verir ki, əsasən dolların qlobal miqyasda dəyər itirməsi ilə güclənən bu ralli Avropanın ixrac rəqabət qabiliyyəti və inflyasiya hədəfləri üzərində müxtəlif təsirlər yaradır.

Həftənin əvvəlində dollar qarşısında 1,20 səviyyəsindən yuxarı qalxan avro, opsion bazarlarının məlumatlarına görə yüksəliş iştahını qoruyur. Uzunmüddətli qiymətləndirmələr son altı ilin ən nikbin mənzərəsini ortaya qoyur.

“ING Bank NV”nin Valyuta Strategiyası üzrə rəhbəri Kris Törner mövzu ilə bağlı bildirib:
“ECB-nin neytral pul siyasəti mövqeyinə yönəlik ən böyük təhdidlərdən biri güclənən avro olub. Mövcud qiymət hərəkətləri ECB daxilindəki ‘göyərçinlərin’ bahalı avronun inflyasiya hədəfinin aşağı istiqamətdə qaçırılmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarında haqlı ola biləcəyini göstərir.”

ECB-nin inflyasiyanı 2 faiz səviyyəsində sabit saxlamaq səyləri avronun həddindən artıq dəyər qazanması ilə sekteyə uğraya bilər. Bu vəziyyət bankanı inflyasiyanı nəzarətdə saxlamaq üçün faiz endirimləri və ya aktiv alımları kimi yumşaldıcı addımları daha erkən atmağa məcbur edə bilər.

ECB rəsmiləri məzənnə səviyyəsini birbaşa hədəfləmədiklərini təkrarlasalar da, prosesi yaxından izlədiklərini gizlətmirlər. Fransa Mərkəzi Bankının sədri Villeroy de Qalo avronun dəyər qazanmasının pul siyasəti müəyyən edilərkən mütləq nəzərə alınacağını vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью