Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2022-ci ilin 24 fevralında Ukraynaya genişmiqyaslı hücumundan bəri Rusiyanın Avropa ölkələrində 22 konsulluğu bağlanıb.
Axar.az xəbər verir ki, indiyə kimi Almaniyanın 5 (Frankfurt, Hamburq, Leypsiq, Münhen və Bonn), Polşanın 3 (Poznan, Krakov və Qdansk), Çexiyanın 2 (Brno və Karlovı Var), Latviyanın 2 (Dauqavpils və Liepaya), Finlandiyanın 2 (Lappeenranta və Turku), Estoniyanın 2 (Narva və Tartu), Bolqarıstanın 2 (Ruse və Varna), Litvanın 1 (Klaypeda), İsveçin 1 (Göteborq), Belçikanın 1 (Antverpen) və Rumıniyanın 1 (Konstansa) şəhərində Rusiya baş konsulluğunun fəaliyyəti dayandırılıb.