Avropada benzinin qiyməti qalxdı

23.07.2026

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə gərginliyin yeni dalğası və Yəməndəki husi üsyançılarının Qırmızı dənizdə neft tankerlərinə hücumları nəticəsində Niderlandda bir litr "Euro95" markalı benzinin qiyməti iyulun əvvəlindən bəri təxminən 7% artaraq 2,462 avrodan 2,624 avroya — yüksəlib.

Bu barədə "De Telegraaf" qəzeti məlumat yayıb.

Bildirilir ki, "Brent" markalı xam neftin qiyməti iyulun əvvəlindən bəri təxminən 32% artaraq bir barel üçün 72,68 dollardan 96 dollara yüksəlib. Xüsusilə husilərin hücumları fonunda iyulun 23-ü səhər saatlarında qiymətlər əvvəlki ticarət sessiyası ilə müqayisədə 2,6% bahalaşıb. Kəskin artımlar Niderlanddakı yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin yüksəlməsinə səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью