Avropada bomba həyəcanı: dörd sərnişin təyyarəsi yoxlanıldı

03.11.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az xarici mətbuata istinadən xəbər verir ki, London Hitrou hava limanından havaya qalxaraq Varşavanın Şopen hava limanına istiqamətlənən layner planlaşdırılmamış şəkildə Varşava-Modlin hava limanına yönləndirilib.

Göyərtəsində 181 nəfərin olduğu təyyarədə mütəxəssis qrupları tərəfindən yoxlamalara başlanılıb.

Danimarka mediasının məlumatına görə, Kopenhagendən Varşava Şopen hava limanına uçan başqa bir təyyarə də bomba təhdidi alıb. Təyyarə normal şəkildə eniş etdikdən sonra təhlükəsizlik yoxlamasından keçirilib.

İspaniyanın cənubundakı Mursiya hava limanında isə Mançesterdən havaya qalxan “Ryanair” aviaşirkətinə məxsus təyyarə bomba təhdidi səbəbindən təcili eniş edib. İspaniya hökumətinin Mursiya bölgəsindəki nümayəndəsi Fransisko Lukasın açıqlamasına görə, təyyarədə ekipaj üzvləri də daxil olmaqla 121 nəfər olub.

Varşova-Modlin hava limanının rəhbərliyi bomba təhlükəsi ilə əlaqədar müvəqqəti dayandırılan uçuşların bərpa olunduğunu açıqlayıb.

Rəsmilər təhdiddə adı çəkilən təyyarədə axtarışların davam etdiyini, sərnişin və ekipaj üzvlərinin isə terminalda saxlanıldığını bildiriblər. Hava limanının bəzi bölmələrinin ikinci açıqlamaya qədər bağlı qalacağı qeyd olunub.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью