Avropada bomba təhdidləri: Binalar boşaldıldı

06.11.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropada son günlər artan bomba təhdidlərinə yeniləri əlavə olunub. İrlandiyada bir sıra media qurumlarına bomba qoyulması ilə bağlı elektron məktublar göndərilib.

Turkustan.az xəbər verir ki, təhdidlərdən sonra İrlandiyanın ictimai yayımçısı RTÉ də daxil olmaqla bir neçə media qurumunun binaları boşaldılıb, polis genişmiqyaslı araşdırmaya başlayıb.

Çexiya, İtaliya, Danimarka və Fransada təyyarələrə qarşı bomba təhdidlərinin qeydə alınmasından sonra bu dəfə hədəf media qurumları olub.

İrlandiya və Böyük Britaniyadakı media təşkilatlarına təhdid xarakterli elektron məktublar göndərildikdən sonra paytaxt Dublində təhlükəsizlik tədbirləri gücləndirilib. Donnibruk ərazisində yerləşən RTÉ-nin qərargahı təxliyə olunub. Hadisə yerinə polis əməkdaşları və bomba axtaran xüsusi təlim keçmiş itlər cəlb edilib.

Radio aparıcılarından birinə göndərilən elektron məktubda 45 dəqiqə ərzində bombanın partlayacağı bildirilib. Bu xəbərdarlıq təhlükəsizlik narahatlığını daha da artırıb.

Aytən Yaşar/Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью