Avropada bomba təşvişi Almaniyada 450 dən çox məktəb hədəfdir

23.11.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın Baden-Vürtemberq federal əyalətində 450-dən çox məktəbə bomba qoyulması ilə bağlı hədə-qorxu məktubları göndərilib.

Modern.az xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Bildirilib ki, noyabrın 23-də səhər saatlarında məktəblərin elektron poçt ünvanlarına partlayış törədiləcəyi ilə bağlı təhdid məktubları daxil olub. Polis təhsil qurumları ilə əlaqə saxlayaraq təhdidlərin real təhlükə yaradıb-yaratmadığını qiymətləndirib. Hazırda məktubların göndərildiyi məktəblər üçün konkret təhlükənin mövcudluğuna dair hər hansı məlumat yoxdur.

Hüquq-mühafizə orqanları məktubları göndərən şəxsin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır.

Qeyd edək ki, bundan əvvəl İtaliya və Böyük Britaniyada da məktəblərə kütləvi şəkildə bomba hədələri göndərilib. “Reuters” agentliyinin məlumatına görə, İtaliyada təxminən 6 300, Şimali İrlandiyada isə 300-ə yaxın məktəb belə təhdid məktubları alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью