Avropada bomba xəbərdarlığı alan təyyarələrin sayı 21 ə çatıb

06.11.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Avropada sərnişin təyyarələrinə qarşı bomba təhdidləri davam edir.

APA xəbər verir ki, belə təhdidlərə məruz qalan təyyarələrin sayı 21-ə yüksəlib.

Madrid, Roma, Praqa, Belqrad və digər şəhərlərə uçuşlar həyata keçirən təyyarələrə bomba xəbərdarlıqları daxil olub.

Təyyarələrdə aparılan yoxlamalar zamanı heç bir partlayıcı maddə aşkarlanmayıb.

İtaliyadakı bəzi təhdidləri “Kişi Dövlətinin Döyüşçüləri” adlı qrup üzərinə götürüb.

Qrup elektron məktub vasitəsilə göndərdiyi mesajda partlayışlarla bağlı hədə-qorxular səsləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью