Avropada bu gün keçiriləcək matçların AFİŞASI

10.03.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bu gün İtaliya A seriyasında, Türkiyə Superliqasında, İngiltərə Premyer Liqasında və İspaniya La Liqasında bəzi oyunlar keçiriləcək. 
Bizim.Media xəbər verir ki, Türkiyə Superliqasında "Beşiktaş" doğma meydanda "Qaziantep"i Bakı vaxtı ilə saat 21:30-da qəbul edəcək. 
İtaliya A seriyasında "Latsio" klubu "Udineze" ilə Bakı vaxtı ilə saat 23:45-də üz-üzə gələcək. 
İngiltərə Premyer Liqasında "Vest Hem" klubu "Nyukasl Yunayted"i Bakı vaxtı ilə gecəyarısı qonaq edəcək. 
İspaniya La Liqasında Bakı vaxtı ilə gecəyarısı start götürəcək görüşdə "Espanyol" klubu "Jirona" ilə qarşılaşacaq. 
10 mart 
Türkiyə Superliqası 
Saat 21:30, "Beşiktaş" - "Qaziantep". 
İtaliya A Seriyası 
Saat 23:45, "Latsio" - "Udineze". 
11 mart 
İngiltərə Premyer Liqası 
Saat 00:00, "Vest Hem" - "Nyukasl Yunayted". 
İspaniya La Liqası 
Saat 00:00, "Espanyol" - "Jirona". 
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью