Avropada çerri pomidor həyəcanı: 800 dən çox yoluxma qeydə alınıb

27.10.2026

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropada çerri pomidorlarla əlaqələndirilən salmonella epidemiyası nəticəsində 2023-cü ildən 2026-cı ilin sentyabrınadək 800-dən çox yoluxma aşkarlanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın Siciliya bölgəsində yetişdirilən pomidorlarla əlaqələndirilən epidemiya səbəbindən Emiliya-Romanya bölgəsində məktəb, xəstəxana və qocalar evlərində çerri pomidorların çiy halda təqdim edilməsi qadağan olunub.

Araşdırmalar zamanı pomidor istehsalçısına məxsus quyunun suyunda da salmonella bakteriyası aşkarlanıb. Mütəxəssislər xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslərin risk altında olduğunu bildirirlər.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью