Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Avtomobil İstahsalçıları Assosiasiyasının statistikasına görə yanvar-oktyabr aylarında ittifaqda 9 milyon 460 min təzə maşın satılıb. Regionda Çin avtomobillərinin payı ciddi şəkildə artır.
Avtosfer.az xəbər verir ki, 2026-cı ilin ilk 10 ayında BYD-nin satışlarında artım 150,8 faiz təşkil edib. Bununla belə, ümumi müqayisədə rəqəm kiçikdir. Çinli istehsalçı ittifaqda cəmi 231 137 maşın sata bilib.
“Chery” qrupunun satışları 238 faizdən çox artsa da, ümumi satış həcmi daha azdır – 159 278 ədəd. “Xpeng”in satışları 187 faiz, “Leapmotor”un isə 374,8 faiz artıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Avropa İttifaqında 483 489 ədəd daha çox avtomobil satılıb. Bu artımın 84 faizi Çin markalarının hesabında baş verib. Oktyabrda Avropada satılan avtomobillərin 13,2 faizi Çində istehsal edilib. 2025-ci ilin oktyabrında götərici 10 faiz idi.
Vüqar