Avropada Çin batareyalarına rəqib hazırlanır

24.04.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Çin şirkətləri bir neçə dəqiqədə dolan elektromobil batareyası üzərində işlədiyi vaxtda  Avropada onlara rəqib hazırlanır.

Avtosfer.az xəbər verir ki, Kataloniyadakı elmi mərkəz yeni nəsil batareya üzərində işləyir. Avropalılar eyni anda bir neçə parametri yeniləmək istəyirlər: batareya tez dolmalı, yüngül və təhlükəsiz olmalı, bir çox maşına quraşdırıla bilməli, ucuz başa gəlməlidir.

Bu prinsipləri çinlilər də tətbiq etməyə çalışırlar. Lakin katalanlar daha bir yenilik etmək istəyirlər. Çin batareyalarının utilizasiyası çətin və səmərəsiz olduğu halda, avropalılar tam emal olunacaq batareya hazırlayırlar. Bu da xammala qənaətə imkan verəcək.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью