Avropada daha 3 medal

23.07.2025

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarında yığmamızın daha 3 üzvü fəxri kürsüyə qalxıb.

Modern.az xəbər verir ki, Nuranə Hacızadə (-48 kiloqram) və Zeyd Ələsgərov (-60 kiloqram) gümüş medala yiyələnib. -52 kiloqram çəki dərəcəsində çıxış edən Aysun Məmmədova üçüncü yer uğrunda görüşdə fransalı Alis Lopezə ipponla qalib gələrək bürünc medala sahib çıxıb.

İlk yarış günündə cüdoçularımızdan Gülşən Hüseynova (-44 kiloqram), Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

3 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 6 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью