Avropada ekstremal istilərdən 10 mindən çox insan ölüb FOTO

13.07.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun sonunda Avropanı bürüyən rekord dərəcəli istilər qitədə kütləvi insan tələfatına gətirib çıxarıb. "Reuters" agentliyinin Avropa mütəxəssislərinin məlumatlarına istinadən yaydığı hesabata görə, həmin dövrdə dünyasını dəyişənlərin sayı ilin bu fəsli üçün gözlənilən orta göstəricidən 10 min nəfər çoxdur.
Bizim.Media xəbər verir ki, vəfat edənlərin böyük əksəriyyəti risk qrupuna daxil olan yaşlılardır. Məlumata görə, həyatını itirən 10 mindən çox şəxsin 9 mindən çoxu 65 yaşdan yuxarı insanlardır.
Ekstremal hava şəraiti səhiyyə sistemləri üçün də ciddi sınaq olub.
Mütəxəssislər iqlim dəyişikliyinin yaratdığı bu cür istilik dalğalarının gələcəkdə daha tez-tez təkrarlana biləcəyini və xüsusilə yaşlı əhali üçün ciddi təhlükə yaratdığını xəbərdar edirlər.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью