Avropada elektrikli avtomobil satışları 70% dən çox artıb

20.10.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Avropada elektrikli avtomobillərin satışları sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 70,3% artaraq 300 202 ədədə çatıb.

Banco.az xəbər verir ki, artıma yüksək neft qiymətləri, elektrikli avtomobillərin alınmasına verilən stimullar və daha əlçatan modellərin bazara çıxarılması təsir göstərib.

Məlumata görə, sentyabrda Avropanın 17 əsas avtomobil bazarında satılan avtomobillərin 32,6%-ni tam elektrikli modellər təşkil edib.

İlin əvvəlindən sentyabrın sonunadək isə Avropada batareyalı elektrikli avtomobillərin satışları illik müqayisədə 38,1% artaraq 1,98 milyona yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью