Avropada elektromobil satışında qeyri bərabərlik

26.10.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il Avropanın 17 əsas bazarında 300 202 ədəd yeni elektromobil satılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,3 faiz çoxdur.

Avtosfer.az “E-Mobility Europe” tədqiqat qrupuna istinadla xəbər verir ki, qeydiyyata alınan yeni maşınların 32,6 faizi elektromobildir.

Yanvar-sentyabr aylarında sözügedən ölkələrdə 1,98 milyon elektromobil satılıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 38,1 faiz çoxdur.

Satışların artmasına dövlət dəstəyi ilə yanaşı, yanacağın bahalaşması da səbəb olub.

Avropanın ən böyük avtomobil bazarları olan Fransada elektromobil satışı 41,7 faiz, Almaniyada  isə 34,6 faiz artıb. Hər 2 ölkədə müvafiq olaraq  88 724 və 65 243 təzə elektromobil reallaşdırılıb.

Avropanın şimalında elektromobillər daha cəlbedici olub. Ay ərzində elektrik avtomobillərinin bazar payı Norveçdə 98,8 faiz, Danimarkada 88,8 faiz, Finlandiyada 67,2 faiz, İsveçdə 49 faiz olub. Bundan başqa, Niderland, Belçika və Portuqaliyada da satılan maşınların təxminən yarısı elektrik dartılı olub.

Lakin satışlar bütün ölkələrdə eyni dərəcədə getmir. Ay ərzində elektromobillərin bazar payı Çexiyada 11,2 faiz, İtaliyada 7,6 faiz, Polşada isə 6,2 faiz təşkil edib. Elektromobilə marağın az olmasının səbəbi əlçatan modellərin yoxluğu və istismar xərclərinin yüksək olmasıdır.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью