Avropada ən populyar avtomobillər SİYAHI

09.04.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ildə Avropada ən çox satılan avtomobillərin reytinqinə Dacia Sandero başçılıq edir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 2025-ci ilin fevral ayına qədər olan məlumatlara əsasən, 45 524 Dacia Sandero avtomobili satılıb. Xatırladaq ki, “Sandero”nun üçüncü nəsli 2020-ci ilin sentyabrında təqdim edilib. Avtomobil CMF-B LS platformasında hazırlanıb.

Digər Dacia modeli, kompakt krossover SUV Dacia Duster dördüncü yerdə qərarlaşıb. 

Digər Avropa bestsellerlərinə gəlincə, Renault Clio (ikinci yer) və Volkswagen Golf (üçüncü yer) də əla performans nümayiş etdirir. İlk onluğu Peugeot 208 tamamlayır.

Avropanın ən populyar 10 avtomobili

• Dacia Sandero - 45 524 ədəd;

• Renault Clio - 43 798;

• Volkswagen Golf - 41 206;

• Dacia Duster - 39 610;

• Volkswagen T-Roc - 39 301;

• Citroen C3 - 36 125;

• Volkswagen Tiguan - 35 230;

• Opel Corsa - 32 992;

• Skoda Octavia - 30 901;

• Peugeot 208 - 30,615.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью