Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropada soyuq hava dalğası və təbii qaz ehtiyatlarının azalması enerji böhranı narahatlığını artırıb.
"Cebheinfo.az" xəbər verir ki, Avropanın təbii qaz anbarlarının doluluq səviyyəsi 69 faizə düşüb. Hazırda bazarlarda qazın qiyməti bir gün ərzində 8,6 faizə qədər bahalaşıb.
Avropada təbii qazın qiymətindəki artıma qarşıdakı həftələrdə hava şəraitinin soyuması ilə istilik tələbatının yüksələcəyi gözləntisi təsir göstərib.
Eyni zamanda, qitənin qaz ehtiyatlarının mövsümi orta göstəricidən aşağı olması tədarüklə bağlı narahatlıqları gücləndirib.
Avropada təbii qaz qiymətləri üçün əsas göstərici hesab olunan Niderlandın TTF birjasında gələn ay üzrə fyuçers müqavilələrinin qiyməti bazar ertəsi günü 8,6 faiz artaraq bir meqavat-saat üçün 96,08 avroya yüksəlib. Günün sonunda isə qiymət 4 faiz artımla 92,50 avro təşkil edib.
Avropanın təbii qaz təchizatının azalmasında Yaxın Şərqdəki müharibə səbəbindən Qətərdən qaz ixracının zəifləməsi də rol oynayıb.
Bundan başqa, yay aylarında davam edən isti hava dalğaları soyutma sistemlərindən istifadənin tikintisi artmasına və nəticədə təbii qaz istehlakının yüksəlməsinə səbəb olub.
Bu isə qış mövsümü ərəfəsində anbarların lazımi səviyyədə doldurulmasına mane olub.
Hazırda Avropanın təbii qaz anbarlarının doluluq səviyyəsi təxminən 69 faizdir. Bu göstərici mövsüm üzrə orta hesabla 80 faiz təşkil edən səviyyədən xeyli aşağıdır.
Tədarüklə bağlı narahatlıqlar qış aylarında Avropada enerji xərclərinin daha da artması ehtimalını gündəmə gətirib.
Böyük Britaniyanın enerji tənzimləyici qurumu Ofgem-in yanvar ayından etibarən üç aylıq enerji qiymətləri üzrə yuxarı həddi 26 faiz artıracağı gözlənilir.
Hesablamalara əsasən, bu artım iki yanacaq növündən istifadə edən orta statistik ailənin illik enerji hesabına əlavə 443 funt sterlinq yük gətirə bilər.
Böyük Britaniyanın enerji şirkəti Centrica-nın baş icraçı direktoru Kris O'Şi də yeni ildə enerji xərclərini ödəyə bilməyən ailələrin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin