Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropada ərzaq çatışmazlığı fonunda Belarus Polşa, Litva və Latviya ilə iqtisadi əməkdaşlığı inkişaf etdirməlidir.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Qonşularımızla əməkdaşlıq etməliyik. Polyaklar, litvalılar və latışlarla. Quraqlıq Avropa ölkələrində ərzaq vəziyyətini daha da pisləşdirib və qonşu dövlətlərlə iqtisadi əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradıb. Ticarət əməkdaşlığının genişləndirilməsi ölkələr arasında gərginliyi azalda bilər”, - o bildirib.