Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransada başlayan və daha sonra İtaliyaya yayılan sosial etirazlar qitə miqyasında yayılıb; payız və qış aylarında Avropa Birliyi ölkələrində genişmiqyaslı iğtişaşlar dalğası gözlənilir.
Bu barədə Politico nəşri yazıb.
"Bir sıra ölkələrdə gənclərin narazılığı yaşayış xərclərinin və yanacağın qiymətinin artması ilə bağlı getdikcə güclənən narahatlıqla üst-üstə düşür", – deyə nəşrdə bildirilib.
Politico qeyd edir ki, diqqət mərkəzində İtaliya dayanır. Ölkənin cənubunda yanacağın yüksək qiymətlərinə etiraz edən yük maşını sürücülərinin aksiyaları genişlənir. Nəşr bunu İtaliyanın Baş naziri Corcia Meloni hökuməti üçün "ciddi böhran" adlandırıb.
"Supermarketlərin rəfləri boşalır, yanacaqdoldurma məntəqələrində benzin tükənir, hava limanlarına yanacaq tədarükü isə dayanıb. Meloni yolların bağlanmasına son qoyulacağına və dizel yanacağının bahalaşması ilə mübarizə aparmaq üçün yardım tədbirləri paketinin təqdim ediləcəyinə söz verib", – deyə Politico yazıb.
Nəşrin məlumatına görə, oktyabrın 24-də artıq səkkiz şəhərdə yeni etiraz aksiyalarının keçirilməsi planlaşdırılıb. /"Report"