Icma.az, Qol.az portalına istinadən məlumat yayır. Avropanın aparıcı ölkələri FİFA-nın qərarından narazıdırlar.
QOL.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb.
FİFA bu gün keçirəcəyi konqresdə 2034-cü il dünya çempionatına ev sahibliyi edəcək ölkəni açıqlayacaq.
Lakin turnirə Səudiyyə Ərəbistanın ev sahibliyi edəcəyi artıq bəllidir.
Çünki bu, FİFA tərəfindən son müraciət tarixi kimi qoyulan 2023-cü il oktyabrın 31-dək təklif təqdim edən yeganə ölkədir.
Bu isə Avropanın bir çox ölkələrinin futbol liqalarının sözügedən qurumdan narazılığına gətirib çıxarıb.
Buna səbəb dünya çempionatının 2022-ci ildə Qətərdə olduğu kimi Səudiyyə Ərəbistanda da qış aylarına təsadüf edəcəyidir.
Aparıcı liqalar hesab edirlər ki, turnirin qışda keçirilməsi uzun fasilə ilə nəticələnəcək və qlobal futbol təqvimini daha da pozacaq.