Avropada gübrə istehsalı dayandırılır

24.11.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa gübrə istehsalçıları qaz və elektrik enerjisi qiymətlərinin kəskin artması səbəbindən fəaliyyətlərini dayandırırlar.

Bakıvaxtı.az "Financial Times"a istinadən xəbər verir ki, qiymət artımı ABŞ və İran arasındakı münaqişə fonunda baş verib. 

Belə ki, Avropada təbii qazın qiyməti MVt/saat üçün 90 avrodan yuxarı olaraq qalır. Müharibədən əvvəl bu göstərici 32 avro idi.

Şirkət rəhbərləri iflas riski, istehsal gücünün Avropadan kənara köçürülməsi və idxaldan artan asılılıq barədə xəbərdarlıq ediblər. Bildirilib ki, bu asılılıq logistik məhdudiyyətlər səbəbindən daxili bazarların, xüsusilə Mərkəzi Avropanın ehtiyaclarını tam ödəyə bilmir.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью