Avropada hər gecə 1,27 milyon insan küçələrdə yatır

09.10.2025

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropada hər gecə ən azı 1,27 milyon insan küçələrdə yatır.

Sitat.info xəbər verir ki, Avropa Evsiz İnsanlarla İşləyən Milli Təşkilatlar Federasiyasının (FEANTSA) direktor müavini Ouen, Avropada ən azı 1,27 milyon insanın küçələrdə yatdığını deyib. 

O bildirib ki, AB əhalisinin 5 faizi nə vaxtsa evsiz qalıb və küçələrdə gecələməli olub. 

Bunun səbəbi isə AB ölkələrində daşınmaz əmlak qiymətlərinin kəskin artması , eyni zamanda hökumət rəhbərlərinin miqrantlarla bağlı siyasəti yumşaltmasıdır. Belə ki, Avropa ərazisinə daxil olan miqrantlar evsizlərin əsas hissəsini təşkil edir. 

Nigar,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью