Avropada Hitlerin doğum günündə sürpriz Foto

22.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İsveçin paytaxtı Stokholmda Adolf Hitlerin doğum günü (20 aprel) münasibətilə nasizmi simvolizə edən svastika işarəli bayraqlar körpü üzərinə asılıb.

Axar.az xəbər verir ki, magistral yolda, tunelin girişinə 3 bayraq yerləşdirilib.

Stokholm polisi məsələ ilə bağlı bir çox şəxs tərəfindən şikayət ünvanlandığını, araşdırma aparıldığını bildirib.

Hadisə Avropada millətçiliyin və fazişmin yenidən dirçəlməsini göstərən əlamət kimi ciddi narahatlıq yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью