Avropada İlin avtomobili müsabiqəsinin qalibi açıqlanıb

12.01.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Renault 5 E-Tech" elektrikli hetçbeki Avropada "İlin avtomobili" müsabiqəsinin qalibi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə auto.ru məlumat yayıb.

Qalib müsabiqədə 353 xal, ikinci yeri tutan "KIA EV3" 291 xal, üçüncü yerin sahibi "Citroen C3" isə 215 xal toplayıb.

Bu ada, həmçinin "Dacia Duster", "Hyundai Inster", "Cupra Terramar" və "Alfa Romeo Junior" da iddialı olub.

Müsabiqədə yer almış bütün finalçılar ya yalnız elektromobil kimi satılır, ya da bu və ya digər şəkildə elektriklə işləyən modifikasiyalara malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью