Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avrozonada inflyasiya oktyabr ayında 4%-ə yüksələrək son üç ilin ən yüksək səviyyəsinə çatıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, Avropa Birliyinin statistika idarəsi Avrostatın yekun məlumatlarında təsdiqlənib.
Məlumata görə, ən böyük artım İtaliyada müşahidə olunub, Almaniya isə ümumi trendi izləməyib.
Xidmət sektorunda, o cümlədən kirayə haqqı, restoran, istirahət və sığorta kimi sahələrdə inflyasiya 3,2%-dən 3,3%-ə yüksəlib. Bu xidmətlər Avropa xərclərinin demək olar ki, yarısını təşkil edir. Ona görə də hətta kiçik dəyişikliklər belə ümumi inflyasiya səviyyəsinə təsir göstərir.
Ərzaq, spirtli içki və tütün məhsullarının qiymətləri 1,6% artıb. Təzə meyvə, tərəvəz və ətin inflyasiyası isə 4%-dən 4,6%-ə yüksəlib.
Gülşən Şərif