Avropada isti dalğalar artıq 25.000 dən çox insanın ölümünə səbəb olub

07.08.2026

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropada isti dalğalar artıq 25.000-dən çox insanın ölümünə səbəb olub

Avropada həddindən artıq isti dalğalar artıq 25.000-dən çox insanın ölümünə səbəb olub. Oxuməni.az xəbər verir ki, bu barədə Bloomberg-in yaydığı məlumatda deyilir.

Ən çox ölüm hadisəsi Almaniyada qeydə alınıb, Robert Kox İnstitutunun məlumatına görə, aprel ayından bəri 11.900 nəfər ölüb. İnstitut həmçinin iyun ayının sonundan bəri 9.000-dən çox ölüm hadisəsinin baş verdiyini iddia edir.

Bu yay Avropada dörd həddindən artıq isti dalğası baş verib. Yeni bir dalğa gələn həftənin əvvəlində başlaya bilər. Məsələn, Londonda çərşənbə günü temperaturun 34°C-yə, Parisdə isə 38°C-yə çatacağı proqnozlaşdırılır.

Əziz Mustafa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью